Rusiyada miqrantlarla bağlı sərt qərar
16-04-2026, 09:55
49

Rusiyada miqrantlarla bağlı sərt qərar

 
Rusiyada qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində, təxminən 6 min xarici vətəndaşın ölkədən çıxarılması barədə qərar qəbul edilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında məlumat yayıb.
O bildirib, mart ayında keçirilmiş reydlərin nəticələrinə əsasən, təxminən min cinayət işi başlanıb, həmçinin axtarışda olan 138 nəfər müəyyən edilib. Bundan əlavə, 7,7 min xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulması barədə qərar qəbul olunub. Ümumilikdə, 48 minə yaxın inzibati hüquqpozma faktı qeydə alınıb. 26 mindən çox miqrant məsuliyyətə cəlb olunub.
Qeyd edilir ki, 2025-ci ildə Rusiyadan 72 min xarici vətəndaş ölkədən çıxarılıb.

Oxşar xəbərlər