
Dünya
13-03-2026, 10:21
36
NASA Aya səyahət missiyasına hazır olduğunu açıqladı
"Artemis II" ay missiyası üçün nəzərdə tutulan aparatın uçuşa hazırlıq yoxlamasının uğurla başa çatması fonunda, martın 19-da start meydançasına çıxarılması və aprelin əvvəlində buraxılışın həyata keçirilməsi planlaşdırılır.
Bu barədə NASA məlumat yayıb.
Agentliyin saytında yer alan xəbərdə NASA rəhbərinin müavini Lori Qleyz qeyd edib ki, startın aprelin 1-də, təxminən Bakı vaxtı ilə saat 02:24-də reallaşdırılması nəzərdə tutulub; hər hansı dəyişiklik olarsa, missiya növbəti gün başlaya bilər.
Bundan əvvəl "Artemis II" heyətinin sosiska, smuzi və qranola ilə qidalanacağı bildirilmişdi.
Qeyd edək ki, NASA-nın pilotlu ay missiyası olan "Artemis II"nin buraxılışı ilkin olaraq 2026-cı ilin martına planlaşdırılsa da, yanvar ayında texniki problemlər səbəbindən təxirə salındığı məlum olmuş və agentlik rəhbəri bu qərarı məyusedici adlandırmışdı.
Gələcək "Artemis" proqramında da dəyişikliklər edilib: 2027-ci ildə Aya eniş əvəzinə birləşmə manevrlərinin yoxlanıldığı sınaq uçuşu keçiriləcək, enişin özü isə ehtimal ki, 2028-ci ildəki əlavə missiya çərçivəsində baş tutacaq.


