Bu ölkə İranın Yaxın Şərqdəki hədəflərə hücumlarını pislədi
9-03-2026, 10:26
61

Bu ölkə İranın Yaxın Şərqdəki hədəflərə hücumlarını pislədi

 
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın Yaxın Şərqdəki hədəflərə hücumlarını pisləyib.
Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
"Krallıq öz təhlükəsizliyinin və suverenliyinin, eləcə də vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin qorunmasını təmin etmək, təcavüzün qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək hüququnu bir daha təsdiqləyir", - deyə XİN bəyanat verib.
Qeyd edək ki, ABŞ-ın Ər-Riyaddakı səfirliyinin məlumatına görə, Birləşmiş Ştatlar Dövlət Departamenti əvvəllər təhlükəsizlik səbəbi ilə dövlət işçilərinə və onların ailələrinə Səudiyyə Ərəbistanını tərk etməyi əmr edib.

Oxşar xəbərlər