
Dünya / Siyasət
27-01-2026, 10:20
56
İranda ölənlərin sayı 6 mini keçdi: 40 mindən çox etirazçı...
İranda davam edən etirazlarda ölənlərin sayı 6126-ya çatıb.
Bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 214-ü təhlükəsizlik əməkdaşıdır.
Həmçinin etirazlarda 41880 nəfərin saxlanıldığı qeyd olunub.
Lakin İran hakimiyyəti nümayişlərdə ölən və ya yaralananların ümumi sayı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.




