İspaniya səkkizinci dəfə qitə çempionu oldu
8-02-2026, 11:12
101

İspaniya səkkizinci dəfə qitə çempionu oldu

 
Futzal üzrə Avropa Çempionatının final mərhələsi keçirilib.
Həlledici görüşdə İspaniya və Portuqaliya yığmaları üz-üzə gəliblər. Lyublyanada keçirilən oyunda ispanlar qələbə qazanıb – 5:3.
Bununla da İspaniya tarixində səkkizinci dəfə qitə turnirinin qalibi olub.
Portuqaliya isə bu titula iki dəfə sahib çıxıb. Şənbə günü Xorvatiya üçüncü yer uğrunda matçda Fransanı penaltilər seriyasında 6-5 (əsas vaxt) məğlub edərək bürünc medal qazanıb.

Oxşar xəbərlər