
Dünya / Siyasət
20-01-2026, 11:29
68
Netanyahudan türk əsgəri ilə bağlı iddia: ABŞ-la mübahisəmiz var
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada nə Türkiyə, nə də Qətər əsgərlərinin olmayacağını bəyan edib.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Netanyahu İsrailin ABŞ ilə bu məsələdə mübahisəsi olduğunu qeyd edib.
Netanyahu bu açıqlamaları ABŞ prezidenti Donald Trampın Türkiyə və Qətər nümayəndələrinin daxil olduğu Qəzza Sülh Şurasının yaradılması ilə bağlı verdiyi son bəyanatdan sonra verib.
"Qəzza zolağında nə türk, nə də Qətər əsgərləri olmayacaq", - Netanyahu bildirib.

