​“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat
25-09-2025, 10:23
95

​“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat

 
"Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının tərkibi yenilənib.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.
Qeyd edək ki, Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. Eyni zamanda AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.

Oxşar xəbərlər