
Cəmiyyət
2-06-2025, 15:58
25
Bu tarixdə qısa iş günü olacaq

Milli.Az-ın məlumatına görə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.
Beləliklə, 6 və 7 iyun tarixləri Qurban bayramı olduğundan, 5 iyun bayramqabağı gün hesab edilir və bu səbəbdən həmin gün iş saatı bir saat az olacaq.
Qeyd edək ki, iyunun 9-u da qeyri-iş günüdür.