
Cəmiyyət
14-05-2025, 09:58
79
Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Qeyri-iş günlərinin çoxluğu məhsuldarlığa və iqtisadi proseslərə necə təsir edir?
Iqtisadçı Altay İsmayılov deyib ki, Azərbaycan istirahət günlərinin sayına görə bəzi ölkələrdən öndədir:
"Buna obyektiv yanaşsaq, deyə bilərik ki, istirahət günlərinin çox olması iqtisadiyyata zərərlidir. Digər tərəfdən, insanların hazırkı psixoloji durumu onların effektiv çalışması ilə əlaqəlidir. Tətil günlərinin olması da buna təsir edir. Paralel olaraq, vətəndaşların fiziki rahatlığı bu yolla təmin olunur".
İqtisadçı bildirib ki, dünyada iş saatlarının azaldılması istiqamətində tədbirlər görülür:
"Əvvəlcə 6 günlük çalışma rejimi 5 günə endirildi. İndi böyük şirkətlər bunu 4 gün olaraq tənzimləyiblər. Hətta bu sistemi tətbiq edən məşhur şirkətlərdən biri, qərardan sonra məhsuldarlığın 30-40 faiz artdığını müəyyənləşdirmişdi. Təəssüf ki, hazırkı qanunvericiliyə görə, ölkəmizdə 4 günlük iş rejiminə keçid mümkün deyil. Yaxın zamanda bu, real görünmür və aktual deyil. Lakin düşünürəm ki, istirahət günlərinin bir neçə gün artıq olması iqtisadiyyata ciddi zərər verməz".