Cəmiyyət
24-03-2025, 12:33
117
Qar uçqununda əsgərlərin həlak olma faktı üzrə cinayət işi başlandı
Hər iki əsgərin ölümü ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb, intensiv istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər R.Həmidov və əsgər Ə.İmanov Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşüblər. Martın 21-də onların nəşi tapılıb.
Rüstəm Həmidov Bərdə şəhərində, Əli İmanov isə Sabirabadın Muğan Gəncəli kəndində dəfn olunub.



