
Cəmiyyət
15-03-2025, 23:43
21
Temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bu barədə Milli Hidrometeorologiya Xidməti ilkin xəbərdarlıq yayıb.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.