
Cəmiyyət
15-03-2025, 23:41
20
İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?

Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.
Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?
“Dövlət qurumları öz işini qurur”
Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: “Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq”.
“Qısa müddətdə şahidi olacağıq?”
Millət vəkili deyir ki, proqram həm nəqliyyat sektorunun inkişafı baxımından mühümdür, həm də bütövlükdə Bakı şəhərində tıxacın və sıxlığın aradan qaldırılmasına təkan verəcək: “Proqram bu ildən icra olunmağa başlanıb, iki aya yaxın vaxt keçib. Bu, uzun müddət deyil. Biz növbəti dövrlərdə bu proqram çərçivəsində kifayət qədər əhəmiyyətli və Bakının nəqliyyat infrastrukturuna təsir göstərəcək qaydaları müşahidə edəcəyik. Biz bütövlükdə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsinin qısa müddətdə şahidi olacağıq”.