
Cəmiyyət
2-03-2025, 23:19
55
Ov tüfəngi ilə vətəndaşa xəsarət yetirən şəxs saxlanıldı

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.
Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.