
Cəmiyyət
26-02-2025, 10:53
41
Bu şirniyyatlar sağlamlığı zədələyir

Belə qidalanma "pis" xolesterinin səviyyəsini artırır və qaraciyərdə yağlanmanın faizini artırır.
"Ən mühüm tapıntı təhlükəli dəyişikliklərin nə qədər tez baş verməsidir", - aparıcı tədqiqatçı Nikola Srnik deyib.
Alimlərin qənaətləri 24 könüllünün iştirak etdiyi eksperimentə əsaslanır. İnsanlar iki qrupa bölünüblər: birincilər doymuş yağlarla zəngin qidalar (kolbasa, kərə yağı, bişmiş məmulatlar, şokolad) yeyiblər, ikincilər isə balıq, zeytun yağı və qoz-fındıqdan yağlar qəbul ediblər.
Bir neçə həftədən sonra birinci qrupda ürək-damar və metabolik xəstəliklər, eləcə də 2-ci tip diabet təhlükəsi riski artıb. İkinci qrupun göstəriciləri, əksinə, yaxşılaşıb və "pis" xolesterolun göstəriciləri 10% azalıb.