
Cəmiyyət
15-02-2025, 22:00
63
Ağstafada 4 nəfər dəm qazından zəhərləndi

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.
Belə ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər 4 şəxs yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.