
Cəmiyyət
29-01-2025, 11:42
62
"WhatsApp" süni intellekt dövrünə hazırlaşır: Böyük yenilənmə gəlir

Bu barədə "WABetaInfo" portalı xəbər yayıb.
Bildirilib ki, yeni funksiya "İcmalar" qoşmasını əvəz etmək və istifadəçilərə mesajlaşma interfeysi daxilində müxtəlif süni intellekt xidmətlərinə çıxışı təmin etmək üçün nəzərdə tutulub.
Yenilənmə hazır süni intellekt botlarına çıxışla yanaşı, istifadəçilərə öz virtual köməkçilərini yaratmaq imkanı da verəcək.
Hazırda funksiya erkən mərhələdədir.
"WhatsApp"a inteqrasiya ediləcək süni intellekt xidmətlərinin konkret siyahısı hələ açıqlanmayıb.