“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq
24-04-2024, 09:55
20

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq




“WhatsApp” istifadəçiləri “Yaxınlıqdakı insanlar” adlı yeni funksiya ilə oflayn sənədlər, media və ya digər faylları paylaşa biləcəklər.

Publika.az xəbər verir ki, “WhatsApp”ın istifadəçilərə faylları oflayn köçürməyə və paylaşmağa imkan verən yeni funksiyanı sınaqdan keçirdiyi bildirilir.

Məlumata görə, “WhatsApp People Nearby” qurğular arasında faylları ötürmək üçün “Bluetooth”-dan istifadə edəcək.

Bu xüsusiyyətin “iOS” istifadəçilərinə uyğun gəlib-gəlməyəcəyi və ya “WhatsApp”ın bu funksiyanı bütün istifadəçilərə nə vaxt təqdim etməyi planlaşdırdığı hələlik bəlli deyil.

Oxşar xəbərlər