Ramazan bayramı ərəfəsində əhaliyə XOŞ XƏBƏR
19-04-2023, 09:03
41

Ramazan bayramı ərəfəsində əhaliyə XOŞ XƏBƏR




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.
 
Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Oxşar xəbərlər