Bir günə nikah bağlana bilərmi? - QAYDALAR
26-01-2023, 08:06
66

Bir günə nikah bağlana bilərmi? - QAYDALAR




 
Bu dəfə  təqdim  etdiyimiz  mövzu  nikahın bağlanma qaydası ilə  bağlıdır.
 
Ailə  Məcəlləsinin 9-cu maddəsində  nikah qaydalarından bəhs  edilir.
9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 
9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Oxşar xəbərlər