Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb?
25-01-2023, 09:24
242

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb?



Sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun vəzifəsindən kənarlaşdırıldığına dair məlumat yayılıb.
Məlumatlarda hazırda AZAL-da təhvil-təslim prosesinin getdiyi, quruma rəhbərliyin QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırıldığı bildirilir. 


Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamın elan olunacağı gözlənilir.
Qeyd edək ki, "qaynarinfo" məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət edib. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirib.

Oxşar xəbərlər