Gəncə Dövlət Universitetində rüşvət iddiaları: tələbələr narazıdır
17-04-2026, 12:46
88

Gəncə Dövlət Universitetində rüşvət iddiaları: tələbələr narazıdır


Gəncə Dövlət Universiteti ilə bağlı son günlər narahatedici iddialar səsləndirilir. Tələbələr və bəzi valideynlər bildirirlər ki, universitetdə qeyri-rəsmi ödənişlər, rüşvət halları geniş yayılıb və bu vəziyyət təhsil mühitinə ciddi zərbə vurur.


İddialara görə, bəzi hallarda tələbələrdən imtahanların müsbət qiymətləndirilməsi, kəsrlərin bağlanması və digər akademik məsələlərin həlli üçün pul tələb olunur. Bu kimi hallar ali təhsil ocağında şəffaflıq və ədalət prinsiplərinin pozulmasına səbəb olur və tələbələr arasında narazılığı artırır.

Məsələ ilə bağlı universitetin rektoru Yusif Yusibov haqqında da tənqidi fikirlər səsləndirilir. 


Bildirilir ki, rəhbərlik bu cür neqativ halların qarşısını almaqda yetərli tədbirlər görmür və mövcud problemlərə laqeyd yanaşır. Tələbələr hesab edirlər ki, rəhbərlik tərəfindən ciddi nəzarət mexanizmləri tətbiq olunmalı, korrupsiya hallarına qarşı qətiyyətli mübarizə aparılmalıdır.


Qeyd edilən iddialar təsdiqini tapacağı təqdirdə, bu, ölkənin təhsil sistemində ciddi problemlərin göstəricisi kimi qiymətləndirilə bilər. Bu baxımdan aidiyyəti dövlət qurumlarının məsələni araşdırması, faktların obyektiv şəkildə yoxlanılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi vacibdir.

Təhsil sahəsində şəffaflığın və ədalətin təmin olunması yalnız tələbələrin deyil, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir. Mövcud iddiaların araşdırılması və nəticələrə uyğun addımların atılması bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər