Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı
14-04-2026, 10:27
28

Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı

 
Səudiyyə Ərəbistanında bazar ertəsi Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanılıb. Qaydalara əsasən, Məkkə şəhərinə giriş yalnız xüsusi icazəsi olan şəxslərə şamil ediləcək.
Müqəddəs şəhərə yalnız orada verilmiş “yaşayış icazəsi” olanlar, Həcc vizası və ya mövsüm ərzində orada işləmək üçün rəsmi icazəsi olan şəxslər buraxılacaq.
Müvafiq qurumlar tərəfindən verilmiş icazəsi olmayan şəxslərin Həcc məkanlarına daxil olmasına yol verilməyəcək.
Mövsüm ərzində işləyən əcnəbi vətəndaşlar üçün giriş icazələri elektron qaydada “Absher” və “Muqeem” portalları vasitəsilə verilir.

Oxşar xəbərlər