
Cəmiyyət
21-03-2026, 13:28
30
Beynəlxalq Daun Sindromu Günüdür
Martın 21-i Beynəlxalq Daun Sindromu Günüdür.
Sözügedən əlamətdar gün 2007-ci ildən başlayaraq hər il Daun sindromu haqqında məlumatlılığın artırılması üçün qeyd olunur.
Martın 21-i (ilin 3-cü ayı) Daun sindromuna səbəb olan 21-ci xromosomun trisomiyasının unikallığını ifadə etmək üçün seçilib. Daun sindromu uşağın əlavə 21-ci xromosomla doğulduğu bir vəziyyətdir.
Daun sindromlu insanlara dəstək olmaq üçün rəngli və ya uyğun olmayan corablar geyinmək ümumi fəaliyyətdir. Corablar xromosoma bənzədilir.
2021-ci ildə Beynəlxalq Daun Sindromu Günü üçün "Freebird" adlı qısa animasiya hazırlanıb. Cordan Hartın "Freedom" mahnısı ilə çəkilən film 2021-ci ildə Çikaqo Beynəlxalq Uşaq Filmləri Festivalında mükafat qazanıb.

Daun sindromlu uşaqlar bir-birinə oxşayırlar, stereotipləri eyni olur.

Daun sindromunun başqa bir səbəbi də xromosom traslokasiyasıdır. Belə ki, 15-ci cüt autosom xromosomlardan biri olduğu kimi qalır, lakin ikinci xromosomun bir hissəsi delesiyaya uğrayır və onun itirilmiş hissəsi 21-ci cüt xromosomların birinin tərkib hissəsinə keçir. Genotipdə 46 xromosom olmasına baxmayaraq, Daun sindromunun əlamətləri özünü büruzə verir.

Ötən il martın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 1 800-ə yaxın Daun sindromlu əlilliyi olan şəxs var.



