Arif Abbasova qarşı aparılan qarayaxma kampaniyası: Sosial şəbəkələrdə yayılan iddialar həqiqəti əks etdirmir
6-03-2026, 11:21
138

Arif Abbasova qarşı aparılan qarayaxma kampaniyası: Sosial şəbəkələrdə yayılan iddialar həqiqəti əks etdirmir

Son günlər sosial şəbəkələrdə Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyi-nin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Magistral Yolların İstismarı MMC-nin rəhbəri Arif Abbasov barədə şər və böhtan xarakterli məlumatların yayıldığı müşahidə olunur. Paylaşımlarda guya Arif müəllimin şəxsi vəsaiti hesabına villalar tikdirdiyi kimi əsassız iddialar irəli sürülür.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən araşdırma aparılmış, müxtəlif mənbələrdən məlumatlar toplanmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, sosial şəbəkələrdə yayılan iddialar heç bir fakt və sübuta əsaslanmır və bu məlumatlar sadəcə olaraq Arif Abbasovun nüfuzuna xələl gətirmək məqsədi ilə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir.

Uzun illər yol təsərrüfatı sahəsində çalışan Arif Abbasov rəhbərlik etdiyi qurumda görülən işlər, yolların saxlanılması və istismarı istiqamətində həyata keçirilən layihələrlə tanınır. Onun fəaliyyəti dövründə magistral yolların istismarının yaxşılaşdırılması, yol infrastrukturunun qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Təəssüf ki, son dövrlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin heç bir sübut olmadan müxtəlif dövlət qurumlarının rəhbərləri haqqında əsassız iddialar yayması halları artmaqdadır. Belə məlumatlar həm cəmiyyətin düzgün məlumatlandırılmasına mane olur, həm də insanların illərlə qazandığı nüfuza zərər vurmağa yönəlir.

Araşdırmamız göstərir ki, Arif Abbasov barəsində yayılan məlumatlar reallığı əks etdirmir və bu cür iddialar faktlarla təsdiqlənmir. Məsələ ilə bağlı hüquqi müstəvidə də addımların atılması istisna edilmir.

İctimaiyyətə tövsiyə olunur ki, sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşsın, təsdiqlənməmiş və mənbəyi məlum olmayan paylaşımları yaymaqdan çəkinərək yalnız rəsmi və etibarlı məlumatlara istinad etsin.

Oxşar xəbərlər