Qan şəkərinin stabilləşdirilməsi üçün ən yaxşı qida açıqlandı
22-02-2026, 11:02
43

Qan şəkərinin stabilləşdirilməsi üçün ən yaxşı qida açıqlandı

 
Sardina balığı qan şəkərini nəzarətdə saxlayan insanlar üçün faydalı məhsul hesab olunur.
"Health" jurnalının araşdırmalarında bu barədə bildirilir.
Qeyd olunub ki, sardinanın tərkibində sadə karbohidratlar yer almır, bu da yeməkdən sonra şəkər artımını əngəlləyir.
Balığın tərkibindəki "Omeqa-3" yağ turşuları iltihabı azaldır və insulin həssaslığını yaxşılaşdırır, maqnezium və D vitamini şəkər səviyyəsini stabilləşdirir, taurinin isə insulinə reaksiya effektivliyini artırır.
2021-ci ildə 152 nəfər arasında aparılan birillik tədqiqat göstərib ki, həftədə təxminən 200 qram sardina yeyənlərdə diabet riski 37%-dən 8%-ə düşüb.

Oxşar xəbərlər