
Cəmiyyət / Səhiyyə
9-02-2026, 10:19
58
Ağciyər xərçənginin gizli əlaməti - Barmaqlar arasında boşluq yoxdursa...
Tibb mütəxəssisləri əl barmaqlarının formasının dəyişməsinin ağciyər xərçənginin əlaməti ola biləcəyini bəyan ediblər.
Bu barədə Britaniyanın "The Mirror" qəzeti Roy Kasl Ağciyər Xərçəngi ilə Mübarizə Fonduna istinadla məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, ağciyər xərçəngini erkən mərhələdə müəyyən etməyə kömək edən və potensial olaraq həyat qurtara biləcək sadə bir test mövcuddur.
Bu test sağ və sol əlin barmaq dırnaqlarını uc-uca bir-biri ilə tutuşduraraq onları bir-birinə sıxmaqdan ibarətdir.
Fotodakı kimi:

Məqalədə vurğulanır ki, bu testin müsbət nəticəsi mütləq bədxassəli şişin olması demək deyil, lakin mütəxəssislər barmaqların formasında dəyişiklik yarandıqda həkimə müraciət etməyi tövsiyə edirlər.



