
Siyasət
20-05-2025, 08:54
34
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.