
Siyasət
16-04-2025, 18:32
47
Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir

Bu barədə erməni diplomat Edqar Qazaryan deyib.
Qazaryan iddia edir ki, hazırda Geqarkunikdə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Geqarkunik rayonunda mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.
Rusiyanın sərhəd xidmətindən imtina edilməsi haqqında da danışan erməni diplomat onu da iddia edir ki, Ermənistan-Türkiyə sərhədi qanuni olaraq yox olacaq və Ankara istənilən vaxt İrəvana daxil ola biləcək.