Ermənistan silahlı qüvvələri yenidən Azərbaycan Ordusunun mövqelərinə qarşı hücuma hazırlaşır. Bununla bağlı sosial şəbəkələrin erməni seqmentində aktiv müzakirələr gedir. Bildirilir ki, Ermənistanın hərbi büdcəsini artırması yeni müharibənin mesajı kimi qiymətləndirilə bilər.
Azərbaycan əleyhinə təxribatçı çıxışların fonunda erməni hərbi birləşmələri növbəti dəfə silaha əl ataraq mövqelərimizi atəşə tutulublar.
Müdafiə Nazirliyinin bu səhər saatlarında yaydığı məlumata görə, oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Azərbaycan Ordusu cavab zərbələri ilə qarşı tərəfi susdurub.
Bundan başqa, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusu cəmləşdirib.
Göründüyü kimi, 44 günlük müharibə və sentyabr döyüşlərindəki məğlubiyyətə baxmayaq, Ermənistan təxribatları davam etdirir. Növbəti toqquşmalara gəlincə, bəzi ekspertlər düşmənin Daşkəsən istiqamətində hücuma hazırlaşdığını düşünür.
Mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın atdığı addımlar baş nazir Nikol Paşinyanın ağılsızlığını göstərir:
“Ermənistan hökuməti normal, məntiqli addımlar atmadığı üçün nəsə proqnoz vermək çətindir. Ancaq deyə bilərik ki, Ermənistan Daşkəsən istiqamətində qoşun toplamaqla heç bir uğura nail ola bilməyəcək. Yenə də ağır zərbə alacaqlar, yenə də itkiləri olacaq, rəqəmləri gizlətmək məcburiyyətində qalacaqlar. İstənilən təxribata Azərbaycan Ordusu cavab verəcək. İtirən tərəf ermənilər olacaq. Həm də çox ağır şəkildə. Ümumilikdə isə Paşinyanın son addımları onun ağılsızlığından xəbər verir”.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, Rusiya və Fransa daxil olmaqla beynəlxalq güclər Paşinyandan istifadə edirlər. Onlar Ermənistanı yeni fəlakətə sürükləməyə çalışırlar.
“Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsi İrəvanı hansısa ağılsız addım atmaqdan çəkindirə bilər. Hər halda Ermənistan başa düşməlidir ki, onun üçün vəziyyət münbit deyil. Əgər bu dəfə də atışma olarsa, Ermənistanın itkiləri daha çox olacaq. Mən müharibə abu-havasını hiss etmirəm. Ancaq lokal münaqişə qaçılmazdır. Proseslər yeni toqquşmanın olacağına işarə edir”,- deyə Ü.Cəfərov vurğulayıb.
Hərbi ekspert Elxan Şıxalıyev bildirib ki, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra silahlı qüvvələrinin 60 faizini itirib. Ona görə də, indiki şəraitdə ordunu yenidən komplektləşdirmək haqqında düşünürlər.
Bununla belə, ekspert hesab edir ki, Ermənistanın ordusunu yenidən komplektləşdirməsi gələcəkdə Azərbaycana qarşı hücum planları ilə bağlıdır:
“Ermənistan indi atdığı addımlarla ordusunu gələcəkdə Azərbaycana qarşı dayanıqlı vəziyyətə gətirməyə çalışır. Ancaq Ermənistana hələ 20 il vaxt lazımdır ki, ordunu 2020-ci ilin 27 sentyabr tarixindəki vəziyyətə qaytarsın. Hazırda Azərbaycanın hərbi büdcəsi ilə Ermənistan hərbi büdcəsi arasındakı fərq üçdə bir nisbətindədir. Bu 20 il ərzində Azərbaycan Ordusu da yerində saymayacaq, daha da güclənəcək. Yəni bu baxımdan Ermənistanın bu addımları boşa atılıb”.
Elxan Şıxalıyev, həmçinin vurğulayıb ki, Ermənistan müharibə qabiliyyətini itirmiş olsa da, lokal hücumlara əl ata bilər:
“Ermənistanın azı 10 il ərzində bizimlə güc dilində danışmaq, müharibə etmək imkanı yoxdur. İndi sərhəddə yeni bölmələrin dislokasiya rayonlarını yaratmaqla müharibəyə hazırlıq görüntüsü verməyə çalışırlar. Ancaq bu mümkün deyil. Lakin kiçik təxribatlar törədə bilərlər. Xüsusən də atəşkəsi pozmaqla bizim birinci eşolon bölmələrimizdəki döyüş mövqelərimizdə yerləşən hərbçiləri atəş altında saxlaya bilərlər. Bununla da hərbçilərimizi yaralaya, şəhid edə bilərlər. Bu kimi addımları biz təmas xəttində gözləməliyik. Daşkəsən istiqamətində artilleriya qüvvələrinin yerləşdirilməsini isə ermənilərin sərhədi gücləndirilmək cəhdi kimi qiymətləndirmək daha doğru olar".
Ekspert düşünür ki, Avropa İttifaqının mülki missiyasnın Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməsi erməniləri daha da ürəkləndirəcək:
“Avropa Birliyinin 40-50 nəfərlik mülki missiyasının Ermənistanda olması erməniləri ürəkləndirəcək. Onlar atəşkəsi pozacaqlar. Ancaq bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışacaqlar. Bununla Avropanın mülki missiyasına Azərbaycanın təqsirli olduğunu göstərməyə çalışacaqlar. Lakin istənilən halda təxribatlar olsa, itirən tərəf yenə Ermənistan olacaq”.
Oxşar xəbərlər
Son Xəbərlər
-
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
-
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
-
Qəzaya düşən Aytən Səfərova işdən çıxarılıb?
-
Qəzzada ölənlərin sayı açıqlandı
-
Bakıda taksi qiymətləri bahalaşdı
-
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
Qərar verildi: Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq: Yerli istehsalı nə gözləyir?
-
Paşinyan həm Qərbi, həm də Ermənistanı aldadıb - Rusiya ilə münasibətlərdə şok detal
-
Günəşlə bağlı XƏBƏRDARLIQ: bu gün elektron əməliyyatlarda fasilələr yaranacaq
-
İnsan qanında ölümcül "vampir" bakteriyaları aşkar edildi
-
Ümummilli lider Heydər Əliyevin doğum günüdür
-
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO
-
Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı
-
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür
-
Rusiya ilə Ermənistan arasında problemlər var - Kremldən etiraf
-
Paşinyan hücum tapşırığı verdi: bu gün İrəvanda qırğın olacaq
-
Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir
-
Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"
-
DİQQƏT! Bu dondurmalar zəhərləyir - Necə ayırd etmək olar?
-
Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı
-
Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin!
-
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
-
Avroviziya - Avropanın ən böyük mahnı müsabiqəsi haqqında 18 maraqlı fakt
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Bakı və İrəvan 5 ay ərzində sülh sazişi imzalaya biləcəkmi? - DETALLAR
-
Stresdən necə qurtulaq?
-
Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO
-
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Paşinyan həm Qərbi, həm də Ermənistanı aldadıb - Rusiya ilə münasibətlərdə şok detal
10:00 -
Qəzaya düşən Aytən Səfərova işdən çıxarılıb?
13:00 -
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
16:00 -
İnsan qanında ölümcül "vampir" bakteriyaları aşkar edildi
10:00 -
Günəşlə bağlı XƏBƏRDARLIQ: bu gün elektron əməliyyatlarda fasilələr yaranacaq
10:00
-
Cəlilabad şəhər Prişib tibb məntəqəsinin uşaq şöbəsinin həkimi Əliyev Saleh həkimin adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir
14:03 -
Bölgələrdə mənzillər BAHALAŞDI - VİDEO
14:49 -
Naftalan Şəhər Bələdiyyə sədri Verdiyev Elman Elim oğlunun Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəllidir
12:01 -
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
12:27 -
Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?
12:27
-
Sabirabad Perinatal Mərkəzinin cərrah ginekoloqu Mehriban xanım öz işinə məsuliyyətli yanaşan, peşəsinə böyük sevgi hissi ilə bağlı olan bir həkimdir
13:30 -
Sabirabad rayon Heyvandarlıq bazarının rəhbəri Hacı Əliş müəllimin əl tutub, iş verdiyi insanların sayı hesabı yoxdur
15:21 -
Dünya bazarında neft qiymətləri necə dəyişib?
08:37 -
Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur
17:16 -
Qazax rayonu, Qırmızı Körpü yolunun üzərində yerləşən Yanacaq doldurma məntəqəsinin rəisi Mehman müəllim öz işini vicdan və ləyaqətlə icra edir
13:09 -
Daşkəsən rayon Kobalt qəsəbəsində yerləşən Peşə məktəbində qanunsuzluqlar baş alıb gedir. Rəhbərlik öz işinə niyə məsuliyyətsiz və laqeyd yanaşır?
20:58 -
Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq
12:55 -
Gəncə şəhər 1 saylı Notariat ofisinin müdiri Elnur Məhərrəmov öz işinin peşəkarı insandır
12:30 -
Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər
13:39 -
Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib
17:15