Separatçıların “bayrağı” meydandan götürüldü, Xaçartyan QƏZƏBLƏNDİ
Dünən, 23:29
3

Separatçıların “bayrağı” meydandan götürüldü, Xaçartyan QƏZƏBLƏNDİ

Qarabağdakı keçmiş qondarma rejimə məxsus "işarə və simvollar" Ermənistan ərazisindən tədricən yığışdırlır, unudulur.

Bu günlərdə Eçmiədzindəki Komitas meydanından qondarma "artsax bayrağı" da götürülüb.

Məlumatı sosial şəbəkədə "Eçmiədzin" blokunun sədri Sevak Xaçatryan yazıb.

O, Ermənistanda separatçılara məxsus simvollara qarşı bu cür hərəkəti pisləyib.

"Biz bu vandalizmi törədənlərin tapılıb məsuliyyətə cəlb olunmasını təmin edəcəyik...", - deyə Sevak Xaçatryan hiddətini ifadə edib.

Oxşar xəbərlər