Paşinyandan daha bir "HAZIRIQ" AÇIQLAMASI - "Zəmanət veririk ki..."
9-10-2024, 10:37
77

Paşinyandan daha bir "HAZIRIQ" AÇIQLAMASI - "Zəmanət veririk ki..."



Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.

Oxşar xəbərlər