Lavrovdan Azərbaycanın sədrlik etdiyi təşkilata DƏSTƏK
29-08-2022, 13:54
75

Lavrovdan Azərbaycanın sədrlik etdiyi təşkilata DƏSTƏK

Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır.
 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Zvezda” telekanalına müsahibəsində bildirib.
 
XİN başçısı deyib ki, indiki dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında Qoşulmama Hərəkatı müsbət potensiala malidir. BMT-də 120 səsə malik Qoşulmama Hərəkatı bu beynəlxalq təşkilatın qərarlarına ciddi təsir göstərə bilir.
 
Xatırladaq ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmayan 120 dövləti özündə birləşdirir. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və hazırda təşkilata sədrlik edir.

Oxşar xəbərlər