Operativ Qərargah vaksinlə bağlı məlumat YAYDI
27-07-2022, 17:27
132

Operativ Qərargah vaksinlə bağlı məlumat YAYDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2289 vaksin vurulub.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
Bildirilib ki, son sutka ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 464, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 281 nəfərdir.

Oxşar xəbərlər