
Ölkə / Siyasət
4-01-2025, 17:24
61
Braziliya AZAL təyyarəsinin “qara qutularını” deşifrə etməyə başladı

Bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.
"Çıxarılan məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək", - məlumatda deyilir.
Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira - FAB) mütəxəssisləri "qara qutular"dakı məlumatları təhlil edəcəklər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.