Ölkə
10-11-2024, 22:04
19
Şad xəbər: evlərə istiliyin verilməsi tarixi qabağa çəkildi
Payız-qış mövsümi ilə bağlı evlərə veriləcək istiliyin tarixinin qabağa çəkildiyi haqda iddia yayılıb.
Bu barədə şəhərin bir neçə binasının sakinləri məlumat verib.
Bina sakinləri istiliyin 11 noyabrdan başlayaraq mənzillərə veriləcəyi haqda bildiriş aldıqlarını vurğulayıblar.
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı isə onda belə bir məlumatın olmadığını deyib və qeyd edib ki, bu, yalnız istilik xətlərinin yoxlanılması ilə bağlı xəbərdarlıq ola bilər.
Xatırladaq ki, Bakıda binalara istilik 15 noyabrdan 15 aprelə qədər verilir.