
Ölkə / Cəmiyyət
3-06-2024, 10:00
179
“Göyçay-ATF” MMC-nin direktoru Fəxrəddin Muradova çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün təşəkkür edirik

Göyçayda fəaliyyət göstərən və bölgənin ən böyük tikinti şirkətlərindən olan “Göyçay-ATF” MMC yeni istehsal sahələri və iş yerləri açmışdır. Cəmiyyətin direktoru Fəxrəddin Muradovdur. dövlət sifarişi əsasında tikinti, yenidənqurma və təmir-bərpa işlərini həyata keçirən şirkətin nəzdində müasir avadanlıqla təchiz edilmiş və istehsal gücünə görə bölgədə bənzəri olmayan yeni daş karxanası və beton istehsalı zavodu fəaliyyətə başlamışdır. Yol və bina tikintisində, beton istehsalında istifadə olunan qum, çınqıl, azsept qum, qırma daş və digər məhsullar istehsal edən müəssisə qısa vaxt ərzində tikinti sektorunda tanınmışdır. Bu gün zavodun məhsulları respublikanın bütün rayonlarına göndərilir. Saatda 60 kubmetr beton istehsal edən zavodun məhsullarından hazırda Göyçay şəhərinin su-kanalizasiya sisteminin, Şamaxı-Yevlax avtomobil yolunun yenidən qurulması işlərində, Yuxarı Şirvan kanalının Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində inşa edilən su elektrik stansiyasının, Ucar və Kürdəmirdə su anbarlarının tikintisində geniş istifadə edilir.
Bundan əlavə, müxtəlif ölçülərdə səki daşları, beton tavacıqlar, səki döşənəyi istehsal edən “ATF” MMC hazırda Göyçay şəhərində bayraq meydanının, gənclər evinin, Ləkçıplaq və Çərəkə kəndlərində 360, Ulaşlı-Şıxlı kəndində 220 şagird yerlik yeni binanın inşasını, Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmirini və şəhərin yaşayış binalarının fasad hissəsinin yenidən qurulması işlərini həyata keçirir. Hazırda Şəkili kəndində 80, Ucarın Xələc kəndində 180 yerlik məktəb binalarının və Göyçay şəhər 1 saylı uşaq bağçası üçün 40 yerlik yeni binanın inşası üçün layihə-smeta sənədləri hazırlanır. Cəmiyyət yaxın vaxtlarda həmin binaları inşa etməyə başlayacaqdır.
MMC bu günədək Göyçay şəhərində Heydər Əliyev Mərkəzinin, Mingəçevir, Ağdaş və Göyçayda 5 məktəb binasının tikintisini və 4 binanın əsaslı təmirini həyata keçirmişdir. 2005-ci ildə fəaliyyətə başlayan müəssisənin hazırda 200-ə yaxın işçisi və 30-dan artıq müxtəlif təyinatlı ağır texnikası vardır.
Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirik ki, Fəxrəddin Muradov öz işinin peşəkarı insandır. O, hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir. Onun həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O, hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur. Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq, fəxr etmişik.
Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Fəxrəddin müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.