Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər
13-04-2024, 08:41
126

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər





Bu gün, aprelin 13-də Azərbaycanın işğal altında olan kəndləri ilə sərhəddə yerləşən Tavuş vilayətinin Voskepar yaşayış məntəqəsində erməni separatçılarının mitinq keçirilir.

Publika.az xəbər verir ki, mitinqə İrəvandan çoxlu sayda iştirakçılar, o cümlədən deputatlar, ictimai-siyasi xadimlər gəlib. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan da oradadır.

Mitinq iştirakçıları rəqs edir, guya bununla yerli əhaliyə dəstək verirlər. Onlar bəyan ediblər ki, heç bir halda Azərbaycan kəndlərini qaytarmaq niyyətində deyillər və müharibə istəyirlər.

Ehtiyatda olan polkovnik Mihran Maqsudyan bununla bağlı bəyanat da oxuyub:

“Vətənlərini itirmək istəməyən bütün zabitləri Voskepar xalqına dəstək olmağa çağırıram. Bu, Voskepar məsələsi deyil, millətin varlığı məsələsidir”.

Oxşar xəbərlər