Ağcabədi rayon ərazisində fəaliyyət göstərən Fermer Təsərrüfat müdiri, sahibkar Taleh müəllim öz işinin peşəkarı bir insandır
8-04-2024, 13:31
48

Ağcabədi rayon ərazisində fəaliyyət göstərən Fermer Təsərrüfat müdiri, sahibkar Taleh müəllim öz işinin peşəkarı bir insandır


Ət və ət məhsulları qidalanmamızda mühüm yer tutur. Bu əhəmiyyətli qida maddəsinin gigiyenik qaydalara əməl edilərək xalqın istehlakına təqdim edilməsi lazımdır. Ət və ət məhsullarının təhlükəsiz bir şəkildə cəmiyyət tərəfindən istehlak edilməsinə nəzarət edilməsi də bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Gün keçdikcə əhali daha çox ət istehlak etdiyi üçün qəssab dükanlarının sayı da get-gedə artmaqdadır. Qəssablıqla məşğul olan şəxs heyvanı kəsib satarkən, müəyyən qaydalara riayət etməlidir.

Çünki ətin keyfiyyəti və dadı heyvanın hansı şəkildə kəsilməsindən aslıdır. Ağcabədi rayon ərazisində fəaliyyət göstərən Fermer Təsərrüfat müdiri, sahibkar Taleh müəllim halal və təmiz ət satması ilə tanınan insanlardandır. Taleh müəllim sanitar-gigiyenik qaydalara əməl edir. Heyvan alarkən onun yaşına, sağlamlığına, ətli olmasına diqqət edilir.


Sağlam olmayan heyvanın əti insanda xəstəlik yaradır. Bunu yaşlı qəssablardan eşitmişik. Təəssüf ki, bu gün küçə və bazarlarda müəyyən hallarda mənşəyi bilinməyən ət satışına rast gəlinir - at əti, eşşək əti və s. Ona görə də, hamı çalışır ki, tanıdığı qəssabdan ət alsın. Taleh müəllim çalışır ki, yaşlı heyvan kəsməsin. Çünki həmin heyvanların əti bərk və keyfiyyətsiz olur. Bəzən bazarlarda camış əti də satırlar. Bunu hər adam müəyyənləşdirə bilmir. Camış əti ağ, qoca inək əti isə sarımtıl rəngdə olur. Taleh müəllim hər gün səhər tezdən camaatın gözü qabağında heyvan kəsilməsini mühüm addımlardan biri hesab edir. İnsanlar bunu görür və ətin neçə halal və təmiz olduğuna inanırlar. Ona görə kəsilən heyvanın əti bir günün içində satılır, sabaha qalmır.

Bizdə redaksiyamız adından öz işini vicdan və ləyaqətlə icra etdiyi üçün Taleh müəllimə təşəkkür edirik, Allahdan uzun və sağlam ömür arzu edirik.
Son olaraq Ramazan Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər