Ərdoğan dəyişiklik qərarı verdi: Kimlər istefaya göndərilir?
5-04-2024, 18:27
9

Ərdoğan dəyişiklik qərarı verdi: Kimlər istefaya göndərilir?




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli hakimiyyət seçkilərində məğlub olduqdan sonra hakim Ədalət və İnkişaf Partiyasının kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.

Ərdoğan çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) rəhbərliyi ilə görüş keçirib. Türkiyə lideri partiyanın yerlərdə yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticəni əldə edə bilməməsinin nəticələrinin təhlil ediləcəyini bildirib.

“Bundan başqa, partiyanın qərargahı və Nazirlər Kabineti ilə bağlı dəyişikliklər də gecikmədən baş verməlidir. Bəzi köhnəlmiş nazir və sədr müavinlərinin dəyişdiriləcəyi gözlənilir. Əgər bu dəyişikliklər vaxtında edilməsə, bu dəfə gözləntilər məyusluğa çevrilə bilər”, - hökumət dairələrinə yaxın qəzetin köşə yazarı Abdulkadir Selvi yazıb.

Xatırladaq ki, martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) geridə qoyub.

Oxşar xəbərlər