Zəngəzur Ermənistandan ayrılacaq: Pərdəarxası danışıqların sirləri açılır
18-03-2024, 09:35
9

Zəngəzur Ermənistandan ayrılacaq: Pərdəarxası danışıqların sirləri açılır






Türkiyə və Azərbaycan Zəngəzuru Kalininqrad modeli üzrə Ermənistandan ayırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, son bir həftədə Ermənistanda bu iddialar müzakirə olunur.

İddialara görə, Türkiyə Antalya Diplomatik Forumunda iştirak edən Ermənistan nümayəndə heyətinə bununla bağlı təklif verib. Söhbət təkcə Zəngəzur dəhlizinin Kalininqrad dəmir yolu təcrübəsinə uyğun açılmasından yox, həm də Qərbi Zəngəzur bölgəsinə Kalininqrad statusunun verilməsindən gedir. Kalininqrad statusu muxtariyyət statusuna bərabərdir.

Erməni türkoloq Tiran Lokmaqyozyan hesab edir ki, pərdəarxası görüşlərdə bu plan müzakirə edilir. O, Ermənistan hakimiyyətinin bununla razılaşacağını istisna etmir.

“Ermənistan hakimiyyəti “dəhliz”dən imtina edir, amma eyni funksiyanı daşıyan yol modelinə razılaşa bilər. Azərbaycan bəyan edir ki, Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışından keçməməlidir. Bu, dəhliz kimi bir şeydir”, - o bildirib.

Digər erməni türkoloq Varuzan Geqamyan isə hesab edir ki, yaxın gələcəkdə azərbaycanlılar Zəngəzura qayıdacaq və bu bölgə xüsusi statusla Ermənistandan ayrılacaq.

Oxşar xəbərlər