Səhər saatlarında ACI XƏBƏR: iki polis əməkdaşı həyatını itirdi
13-03-2024, 08:17
12

Səhər saatlarında ACI XƏBƏR: iki polis əməkdaşı həyatını itirdi






Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə Publika.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

Oxşar xəbərlər