Paşinyan yenə də Gürcüstana gedir: Məqsəd nədir?
26-01-2024, 14:35
31

Paşinyan yenə də Gürcüstana gedir: Məqsəd nədir?




Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Gürcüstana işgüzar səfər edəcək.

Publika.az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 26-da Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.

Paşinyanın gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin oktyabrında Gürcüstana işgüzar səfər edib. Tbilisidə “İpək Yolu” beynəlxalq konfransında iştirak edib.

Oxşar xəbərlər