Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər AÇIQLANDI
8-01-2024, 08:24
34

Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər AÇIQLANDI






Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetindən astrofizika fakültəsinin fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək:

“Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək”.

Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Oxşar xəbərlər