Bayram ərəfəsində süni qiymət artımı
12-12-2023, 11:24
32

Bayram ərəfəsində süni qiymət artımı






Azərbaycanda hər bayramda bahalaşma müşahidə edilir”.

Publika.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Ekspert bildirib ki, Avropa, Türkiyədə bayram ərəfəsində qiymətlər aşağı düşəndə Azərbaycanda, əksinə, məhsulların və xidmətlərin bahalaşma prosesi gedir:

“Nə qədər ki, inhisarçılığa son qoyulmayıb, bu proses davam edəcək. Hazırda bayrama çox az qalıb. Bütün sahələrdə, o cümlədən turizm sektorunda da canlanma yaranıb. Alış-veriş məkanlarında dövriyyə artmaqdadır. Yeni illə bağlı oyuncaqlar, yolkalar, geyimlər və s. sahələrdə dövriyyə artmaqdadır. Bu proses bayrama qədər davam edəcək”.

Akif Nəsirli qeyd edib ki, hansı sahələrdə dövriyyə artırsa, orada qiymət artımı gözləniləndir:

“Rəqabətli bazardan fərqli olaraq inhisarçı bazarların mahiyyəti bu cürdür. Lakin rəqabətli bazarda dövriyyə artdıqca sahibkarın qazancı çoxalır və rəqibi üzərində üstünlük əldə edə bilmək üçün qazancının bir hissəsindən keçərək qiymətləri aşağı salır. İnhisarçı bazarda isə rəqib olmadığına görə dövriyyə artdıqca öz qazancını artırmaq üçün qiymətləri qaldırır”.

Oxşar xəbərlər