
Ölkə
7-11-2023, 10:00
144
Marqarada tikinti işləri yekunlaşır: Türkiyə-Ermənistan sərhədi açılır?

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndində gömrük məntəqəsinin tikintisi başa çatmaq üzrədir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib .
Oktyabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin danışıqlarda əldə etdiyi razılaşmaların həyata keçirilməsinə ümid etdiyini bildirib. O xatırladıb ki, bu saziş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasına aiddir. Paşinyan Marqara keçid məntəqəsinin yenidən təchiz olunduğunu da açıqlayıb.
"Layihə-hesablama sənədləri ilə nəzərdə tutulmuş işlər yekunlaşmaq üzrədir. Gömrük nəzarəti və nəzarəti prosedurları üçün zəruri olan bina və tikililər tikilib. Hazırda daxili bəzək, kommunal xətlərin çəkilməsi və abadlıq işləri aparılır", - Dövlət Gəlirləri Komitəsinin məlumatında deyilir.