Xaçatryanın məhkəməsində: Ermənilər hər 6-cı gün 4-dən sonra...
1-11-2023, 08:34
20

Xaçatryanın məhkəməsində: Ermənilər hər 6-cı gün 4-dən sonra...






Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda şahid Qasımov Həsən çıxış edib.

Şahid Vaqifi, hətta onun atasını da tanıdığını qeyd edib.

“Hadisə zamanı orada olmamışam. Xankəndidə işləyirdim. Ermənilər hər 6-cı gün 4-dən sonra iclas keçirirdilər. Bizi ora buraxmırdılar. Vaqif işlədiyim yerə gəlib-gedirdi.

Qara saçlı, qara bığlı cavan oğlan idi. Qohumlarımın çoxu Meşəlidə öldü”.

Vaqif isə zərərçəkmişin sözünü inkar edərək həmişə keçəl oldğununu, başında tük olmadığını deyib.

Oxşar xəbərlər