"HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlılar var? - AÇIQLAMA
17-10-2023, 12:42
29

"HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlılar var? - AÇIQLAMA



"HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil".

Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Sözçü həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb: "Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər".

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfəri azərbaycanəsillidir.

Oxşar xəbərlər