Prezident: “Ermənistan ərazi iddialarından imtina etsə, ilin sonunadək sülhün imzalanması mümkündür”
21-07-2023, 19:36
23

Prezident: “Ermənistan ərazi iddialarından imtina etsə, ilin sonunadək sülhün imzalanması mümkündür”


“Əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin (sülh müqaviləsinin – red.) ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.

Oxşar xəbərlər