Bakıya iyul ayında 11 il əvvəl yağış yağıb - RƏSMİ
17-07-2023, 12:06
124

Bakıya iyul ayında 11 il əvvəl yağış yağıb - RƏSMİ


“Uzunmüddətli meteoroloji müşahidələrin təhlilinə əsasən, əvvəlki illərdə də iyul ayında Bakıda yağıntılı hava müşahidə olunub". 

Bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, 2012-ci ilin iyul ayının 16-da Bakıya güclü leysan  yağıb:

“Sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb. Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti isə iyulun 18-də gündüz saatlara qədər davam edəcək. İyulun 19-da və 20-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Oxşar xəbərlər