
Ölkə / Cəmiyyət / Hadisə
30-06-2023, 12:38
123
Bakı-Xocəsən yolunda dəhşətli qəza: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Binəqədi-Xocəsən yolunda qeydə alınıb.
“Ford Transit” və “Volkswagen Caddy” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.